"Rəqsanə, ora gələnlər sənin dostların, sənət yoldaşlarındır. 20-25 ildir sənətdəsən, həmin ifaçılarla konsertlərdə, toylarda çiyin-çiyinə olmusan. Gediblər pul qazanmağa. Niyə haqlarında elə deyirsən?".
Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib. Sənətçi Rəqsanənin Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.