BURADA REKLAMINIZ OLA
BİLƏR

ETSN: Qarabağda təbiət abidələrinin əksəriyyəti tamamilə məhv edilib

"Qarabağda olan təbiət abidələrinin əksəriyyəti tamamilə məhv edilib".


Pravda.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev bildirib.


Onun sözlərinə görə, Qarabağ bölgəsində 260311 hektar meşə sahəsi var:


“Peyk təsvilərinə əsasən, bunun örtülü hissəsinin 54328 hektarı tamamilə məhv edilib. Qarabağ bölgəsində xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 təbiət yasaqlığı var. Ümumi ərazisi 42,042 hektardır, bu isə ölkə üzrə 4,8 faizini təşkil edir. Burada da xüsusi mühafizə olunan 6218 hektarı meşə ilə örtülü sahə məhv edilib”.


R. Mirzəyev qeyd edib ki, monitorinqlər zamanı 121 təbiət abidəsinə baxış keçirilib. Həmin təbiət abidəsinin 112-si tamamilə kəsilib aparılıb: "Özü də erməni xislətinə uyğun olaraq ağacları kəsib aparandan sonra hətta yerini yandırıblar ki, bir daha çıxmasın. Tut bağlarını kütləvi şəkildə məhv ediblər. 1960-70-ci illərdə xüsusilə Qubadlı, Zəngilan, Cəbrayıl ərazisində vaxtilə baramaçılığın inkişafı üçün tut bağları salınıb. Həmin tut bağları artıq məhv edilib. O yerlərdə bizim xüsusilə qiymətli Araz palıdı meşəsi olub, bura da təbiət abidəsi idi. İlkin baxış zamanı aşkar edilib ki, həmin meşənin 250 hektar ərazisi tamamilə dağıdılıb aparılıb, yeri yandırılıb.


Həkəri çayı boyunca Azərbaycanda olan hissəsində yaşıllıqlar tamamilə məhv edilib. Bütün rəqəmlər dəqiqləşdirilir. Qarabağ bölgəsində 2000-dən çox bitki növü var. Bunlar hamısı təsirlərə məruz qalıb, fauna və flora məhv olub. Baxış keçirilən təbiət abidələri olan qədim ağaclar Füzuli, Cəbrayıl, Ağdam Qubadlı və Zəngilanda olub. Laçın, Kəlbəcər, Xocavənd, Xocalı ərazisinə hələ ki, baxış keçirmək mümkün olmayıb. Tam dəqiqləşmə yerində araşdırmalar zamanı olacaq və hüquqi qiymət veriləcək”.

Tarix: 21 May 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin