Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Rüfət Sərxanov idarə etdiyi "Khazar LX" markalı minik maşını ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, avtoxuliqanlıq hərəkətləri törədib.O, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib.