BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Məmmədov SSRİ-nin gerbi olan tribunada çıxış etdi - FOTO

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun seçicilərlə görüşdə SSRİ-nin gerbi olan tribunadan çıxış etməsi müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, İ.Məmmədov sərt tənqid edilib.

 

Sosial şəbəkələrdə "Bunlar elə SSRİ-nin yenidən bərpa edilməsi xülyası ilə yaşayırlar", "Müstəqil dövlətin parlamentinin üzvlüyünə namizəd belə addım atmamalıdır", "İqbal Məmmədov nostalgiya yaşayır…" şərhlər yazılıb.

Fotoları təqdim edirik
Tarix: 22 Yanvar 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin