Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

869
Paylaş:
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Abdullayev Tofiq Seymur oğluna qohumu Məmmədov Mehman Aydın oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,5047qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər