“Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası isə Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm”.
Pravda.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist, “CNN Türk” telekanalının müxbiri Fülya Öztürk Azərbaycan Televiziyasında efirə gedən “YAŞAT” xeyriyyə marafonu barədə danışarkən söyləyib.