Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.
Pravda.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.
Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.