Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayrılıb
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20,0 (iyirmi) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezident sərəncam imzaladı - 20 milyon manat ayrıldı