Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Baş verənlərdən şou düzəltməyə çalışanların, anti-Türkiyə, anti-Azərbaycan qüvvələrin arzuları ürəklərində qalacaq”

1 746
Paylaş:
“Baş verənlərdən şou düzəltməyə çalışanların, anti-Türkiyə, anti-Azərbaycan qüvvələrin arzuları ürəklərində qalacaq”

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr dostluq, qardaşlıq münasibətləri üzərində qurulub. İkinci belə bir dövlətlər yoxdur ki, bu qədər yaxın və dost olsunlar. Bu, dünya üçün nümunədir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir: “Azərbaycan bütün məsələlərdə qardaş Türkiyəni dəstəkləyib, Türkiyə də həmçinin Azərbaycanı dəstəkləyib. Bir sözlə, münasibətlərimiz yüksək səviyyədədir. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli partiyasının Şuşa şəhərində məktəb tikintisi planlarından imtina etməsi barədə məlumat verib. Bahçelinin deyib ki, Azərbaycan rəhbərliyi Millətçi Hərəkat Partiyasının təqdim etdiyi layihəni uyğun saymayıb. Bunun əvəzinə isə Azərbaycanda başqa bir layihə hazırlanıb. MHP liderinin bəyanatı narahatlıqla qarşılanıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə açıqlamasında deyib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi: “Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub. Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”. Hikmət Hacıyevin bu açıqlamasından sonra narahatlığa son qoyuldu. Amma bu məsələdən istifadə etməyə çalışan qüvvələr ortaya çıxdılar. Həmin qüvvələr iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinə kölgə salmağa cəhd edirlər. Əlbəttə, bu, mümkün deyil. Qardaş ölkələr arasında texniki məsələlərə görə narazılıq yarana bilməz. İki dövlət arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirən Azərbaycanın lideri cənab İlham Əliyev və Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğandır. Əminəm ki, baş vermiş texniki yanlışlıqdan şou düzəltməyə çalışanların, anti-Türkiyə, anti-Azərbaycan qüvvələrin arzuları ürəklərində qalacaq. Ulu öndərin sözləri ilə desək, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 44 günlük Vətən müharibəsində dostluğu, qardaşlığı bütün dünya gördü. Müharibə zamanı Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verdi. Azərbaycan həmişə Türkiyənin yanında olacaq. Əminəm ki, ölkə arasında münasibətlər daha da inkişaf edəcək”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər