Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

1 491
Paylaş:
Peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsi barədə çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.


Pravda.az-ın məlumatına görə, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib.


T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlarvə COVİD-19-a qarşı vakin barədə yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: “Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik”.


T. Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.

Paylaş:

Ən son xəbərlər