Abşeron rayonunun bir hissəsində qaz olmayacaq.
“Azəriqaz” İB-nin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.