BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 228 cütlük nikahın pozulmasından imtina etdi

Ötən il mediasiya xidməti sayəsində nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyindən bildirilib ki, 2019-cu ildə Bakı şəhərinin rayon və “ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair müraciət edənlərdən 456 nəfəri (228 cütlük) nikahın pozulmasından imtina edib.

 

Qeyd edək ki, ölkədə "Mediasiya haqqında" qanunun tətbiqinə bu ilin iyulun 1-dən başlanılacaq.APA

Tarix: 23 Yanvar 2020, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin