BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov siyasi partiyalara müraciət etdi – “Ən geci 29 yanvaradək həll olunmalıdır”

Partiyalar seçki müddətində partiyadan çıxarılanlar barədə bizə məlumat verməlidir ki, onların həmin partiyaya üzv olduqları bülletenlərdə göstərilməsin.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq”.

 

MSK sədri həmçinin bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə azı 10 gün qalmış səsvermə bülletenlərinin çapına başlanılmalıdır: “Ona görə də bu məsələlər ən geci 29 yanvaradək həll olunmalıdır”.

Tarix: 23 Yanvar 2020, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin