BURADA REKLAMINIZ OLA
BİLƏR

Vergilər azaldıla bilər – ABŞ-da

ABŞ hökuməti dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunda iştirak edən ölkənin maliyyə naziri Steven Mnuçin müsahibəsində bildirib.

 

“Prezident Donald Tramp vergi ixtisarlarının ikinci mərhələsi dediyimiz məsələ ilə məşğul olmağımızı tapşırıb. Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək, həmçinin iqtisadi artımı təşviq etməyin başqa yollarını da nəzərdən keçiririk”, - Ağ Ev rəsmisi qeyd edib.

 

Prezident seçkilərinin keçiriləcəyi bu il vergilərin azaldıla biləcəyi barədə fikirlər ötən il 1 trilyon dollar həddini aşan büdcə kəsiri ilə üst-üstə düşür. Belə ki, ABŞ-ın məcmu dövlət borcu hazırda 23 trilyon dollar həddini keçib.Report

Tarix: 23 Yanvar 2020, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin