"Bəli, o əraziləri minalamışıq. Yaxşı da etmişik. Laçın və Kəlbəcər rayonlarına 17 yük maşını mina basdırmışıq. Piyada əleyhinə minalar, tank əleyhinə minalar". Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan İrəvandakı "Noyan Tapan" agentliyinə verdiyi müsahibəsində belə deyib. Milli.az bildirir ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər - AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.
Bu baxımdan Koryun Qumaşyanın sensasion açıqlaması əslində Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin Azərbaycanı işğaldan azad edilmiş ərazilərində terrorizm və diversiyalarla məşğul olmalarının etirafıdır.
Koryun Qumaşyan "Noyan Tapan"ın studiyasında əsla çəkinmədən hərbi cinayətlərini etiraf edir: