Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tramp Baydenə: "Putinlə görüşdə yuxulama"

1 089
Paylaş:
Tramp Baydenə: "Putinlə görüşdə yuxulama"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp varisi Co Baydendən Rusiya lideri Vladimir Putinlə görüşdə yuxuya getməməsini xahiş edib.

O, Baydendən Putinə ən xoş arzularını çatdırmasını istəyib.

“Prezident Putinlə danışıqlarda Baydenə uğurlar. Görüşdə yuxulama və xahiş edirəm, ona (Putinə - Red.) ən xoş arzularımı çatdır”, - Tramp belə deyib.

Seçki kampaniyası dövründə ABŞ-ın keçmiş prezidenti öz rəqibini dəfələrlə “yuxulu Co” adlandırırdı.

Putin və Bayden arasındakı görüş 16 iyun tarixində Cenevrədə baş tutacaq. Kremlin bildirdiyinə görə, prezidentlər Rusiya-Amerika münasibətlərini, strateji sabitliyi, eləcə də COVID-19-a qarşı mübarizə və regional münaqişələrin həlli məsələlərini müzakirə etmək niyyətindədirlər.

Paylaş:

Ən son xəbərlər