Ermənistanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründən əsas mövzulardan biri də emiqrasiyadır.
Rəsmi statistikaya əsasən, müstəqilliyin əldə edilməsindən sonra ölkənin əhalisi yarım milyon – rəsmi olara 553 000 nəfər azalıb. Qeyd edilir ki, hazırda ölkə əhalisi 2,9 milyon nəfər təşkil edir. Təbii, bu say yalnız miqrasiyanın həcmini əks etdirmir, həm də əhalinin mənfi təbii artımının göstəricisidir.
Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın sözlərinə görə, ikinci Qarabağ müharibəsinin gedişatında ölənlərin sayı təxminən 3 700 nəfər təşkil edib.