Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.
Pravda.az xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.
Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlükdə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə - ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.