Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Sürücü 90-lıq yolda 86 ilə radara düşdüyünü iddia etsə də, sonradan yanlışlığa yol verdiyini etiraf etdi – VİDEO

1 339
Paylaş:
Sürücü 90-lıq yolda 86 ilə radara düşdüyünü iddia etsə də, sonradan yanlışlığa yol verdiyini etiraf etdi –     VİDEO

Sürücü sürət həddi 90 km olan yolda 86 km sürətlə radara düşdüyünü iddia etsə də, sonradan yanlışlığa yol verdiyini etiraf edib.

Pravda.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralında olub.

Vətəndaş sürət həddini aşmağa görə ünvanına gələn cərimədən narazı olub. Sürücü bildirib ki, ona gələn cərimə protokolunda Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində  sürətin saatda 60 km olduğu bildirilib. Onu ərazidə quraşdırılan sürət həddini ölçən cihaz yox, qarşıdan gələn, ərazidə xidmət aparan YPX-nin avtomobili çəkib. Vətəndaş isə cərimə ilə razı deyil.

Sonradan sürücü yanlışlığa yol verdiyi etiraf edərək deyib ki, yol polisi əməkdaşları onu əraziyə dəvət ediblər: “Mənə bildirdilər ki, yolda 90 km yol nişanından əlavə, 60 km yol nişanı da var. Mən də radara sürət həddi 60 km olan ərazidə düşmüşəm”.

Kənan

Paylaş:

Ən son xəbərlər