Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.
Seminarın növbəti günündə Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib. Seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sonra Aljazeera-nın baş müxbiri Resul Serdar və meneceri Rene Ode “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.
