Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Pravda.az-ın məlumatına görə, ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Daşkəsəndə yabanı halda bitən çətənə kolu məhv edildi