Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin” - Fazil Mustafa

1 220
Paylaş:
“Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin” -     Fazil Mustafa

“Deputat köməkçisi kimi 3 il müddətinə işləmiş şəxsə dövlət qulluqçusu statusu verilməlidir”.

Pravda.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa çıxış edib. O qeyd edib ki, köməkçilərin fəaliyyəti deputatlarla əlaqədardır: “Elə köməkçilər var ki, 10-15 ildir işləyirlər”.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın təklifinə reaksiya verib. O bildirib ki, bu məsələ əvvələr də müzakirə olunub: “Bu institutun yaradılması mütərəqqi haldır. Onu yenidən baxıb müzakirə etmək olar. Deputatlar dəyişir, köməkçilər dəyişir. Onlar imtahan verməlidir. Bu, o qədər asan məsələ deyil. Amma məsələyə yenidən qayıdarıq”.

Paylaş:

Ən son xəbərlər