Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Azərbaycanda yanacaq doldurma məntəqələrinə verilən təbii qazın qiyməti azaldıldı

1 675
Paylaş:
Azərbaycanda yanacaq doldurma məntəqələrinə verilən təbii qazın qiyməti azaldıldı

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclas zamanı ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədi ilə qərar qəbul edilib.

Tarif (qiymət) Şurasından verilən məlumata görə, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Paylaş:

Ən son xəbərlər