Paytaxt sakini Orxan Qəmbərov İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərindən alıb. O, deyir ki, heç bir il deyil mənzilə köçmüşəm, artıq divar kağızları qopub, qapılar bağlanmır, dəhlizi isə su basıb. Aidiyyatı qurum isə deyilənləri təkzib edir. İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər ki, onlara vətəndaş tərəfindən bircə dəfə rəsmi müraciət olunub, onda da mənzilə baxış keçirilərək, zərərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.
Paytaxt sakini Orxan Qəmbərovun şikayəti İpoteka və Kredit Zəmanət fondundan aldığı "kirayə mənzil"i ilə bağlıdır. Deyir ki, 2020-ci ilin avqustunda aldığı evə köçsə də, cəmi 1 ay sonra ciddi problemlərlə üz-üzə qalıb.
Mənzil sahibi deyir ki, müddət keçdikcə otaqların divar kağızları qopub, hətta döşəmələr belə yarasız hala düşüb.