"Yüksək risk qrupuna aid olan şəxslərin toy mərasimlərində iştirakı tövsiyə edilmir”.
Pravda.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
DİN rəsmisinin sözlərinə görə, 50 nəfərə qədər şənlik mərasimlərində mütləq qaydada tibbi maska tələbi var:
"Bu tədbirlərdə iştirak edən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar, səhhətində problem olan, yaxud digər kateqoriyaya aid olan vətəndaşlar diqqətli olmalıdır. Əgər hər hansı şəxsin sağlamlığında təhlükəli hal varsa, onun belə məclislərdə iştirakı tövsiyə edilmir”.
E.Hacıyev xatırladıb ki, 150 nəfərə qədərlik məclisdə iştirak üçün mütləq qaydada COVID-19 pasportuna sahib olmaq lazımdır: