Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Hande Harmancıdan “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

1 486
Paylaş:
Hande Harmancıdan “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına    XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Pravda.az-ın məlumatına görə, o, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub.

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

Paylaş:

Ən son xəbərlər