Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli İnsanov: “Bizim o vaxt müxalifətlə ciddi mübahisəmiz, mübarizəmiz olurdu”

1 760
Paylaş:
Əli İnsanov: “Bizim o vaxt müxalifətlə ciddi mübahisəmiz, mübarizəmiz olurdu”

“İnsan həmişə özünü günahkar saymalıdır. Çünki ağıllı, həyatı düzgün başa düşən insan gün ərzində etdiyi yaxşılıqların içərisində də pislik axtarıb tapmalıdır. Hans Selyenin gözəl bir sözü var: Ağılsız adam əgər səhvini başa düşürsə, o, yarımdahidir. Biz hər zaman səhvlərimizi etiraf etməyi bacarmalıyıq”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq səhiyyə naziri Əli İnsanov deyib.

“Bizim o vaxt müxalifətlə ciddi mübahisəmiz, mübarizəmiz olurdu. Bu da Azərbaycanın o dövrki müxalifət-iqtidar reallığı idi. Hətta parlamentdə davalar, həbslər olub. Mən bu gün Azərbaycan siyasətində İsa Qəmbərə ən yetkin bir neçə siyasətçi içərisində yer verərdim. Mən onun bütün müsahibə və çıxışlarına baxdıqca inanın, həzz alıram. Belə insanı incitmək çox nahaqdır. O vaxt İsa Qəmbəri yaxından tanımamışam. Zaman keçir, insanlar həyatı daha yaxşı dərk edir. Ona görə də vaxtilə tənqid etdiyim müxalifət liderlərinin bu gün hər biri ilə dostluq münasibətindəyəm və indi hər şeyi daha yaxşı başa düşürük” – Ə.İnsanov qeyd edib.

Paylaş:

Ən son xəbərlər