Deputat üzr istəyən ermənilərdən danışdı: “Erməni olsa da, heç olmazsa, cinayət törətdiyini qanır”
"Ermənilərin günahlarını etiraf edib üzr istəmələri yaxşı haldır. Başa düşürük ki, erməni olsa da, heç olmazsa, cinayət törətdiyini qanır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və törətdilən bütün cinayətlərə hüquqi müstəvidə cavab veriləcək: "Təxribatçı ermənilər həm dövlətimizə, həm də millətimizə qarşı cinayət törədiblər. İnsanlığa, bizim mülkilərimizə və hərbçilərimizə qarşı cinayət işlədənlərin üzr istəməsi, bağışlanmağı diləməsi hüquqa yad olan məsələdir. Ermənilərin günahlarını etiraf edib üzr istəmələri yaxşı haldır. Başa düşürük ki, erməni olsa da, heç olmazsa cinayət törətdiyini qanır. Məhkəmə bu gün Yasamalda keçirilən hərbi məhkəmə zamanı üzr istəyən ermənilərin, elə bundan da sonra üzr istəyəcək olan digər cinayətkarların hər birinin üzrünü qəbul edir. Lakin məhkəmə qərarı bu üzrlərə görə qəbul etmir. Cinayət Məcəlləsinə uyğun olaraq, cinayətkarlara cəza kəsilir".
Qeyd: Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər.
Nəzrin Cavid