Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.
Pravda.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.