Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) ölkəmizin ərazisindən keçən Oxçuçayda Ermənistan və Almaniya şirkətlərinin törətdiyi fəlakətli vəziyyətlə əlaqədar İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının müraciətinə cavab verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fondun təmsilçisi Kimberli Danielsin imzası ilə Koordinasiya Şurasına ünvanlanan məktubda bu problemlə əlaqədar informasiya təqdim edildiyinə görə minnətdarlıq bildirilib. "Ümumdünya Vəhşi Təbiət Fondunun missiyası təbiəti qorumaq və Yer kürəsində həyatın müxtəlifliyinə ən ciddi təhlükələri azaltmaqdır. Baxışımız insanların təbiətlə harmoniyada yaşadığı bir gələcək qurmaqdır".