“Adamların uşağı itib 44 gün! Sonra yandırılmış meyiti tapılıb. Buna hansı ata-ana, nənə dözər? Hansınız dözərsiz?”
Aysel Əlizadə Nərmindən yazdı: “Başımız qaçıb, dəli olmuşuq”
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
“Bu kasıb, oxumamış bir ailədir. Hüquqlarını belə müdafiə edə bilməyən insanlardır. Qadın xadimədi xadimə. Camaat isə deyir ki, yox, ananın xəbəri var, ananın, atanın, nənənin xəbəri var, onlar edib. Deməli, öz ailəsinin etdiyinə inanır, amma hansısa yad bir kişinin etdiyinə inanmır insanımız. Ana edər, amma İlkin etməz. Bu nə məntiqdir? Adamların həm övladı vəhşicəsinə öldürülüb, həm də suçlanırlar. Başımız qaçıb, dəli olmuşuq” – A.Əlizadə bildirib.