Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
Diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.