Göyçayda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N. Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F. Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.