Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.
Bakıda dənizdə batan şəxsin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.