Ötən gün sosial şəbəkələrdə 16 yaşlı qızın ailə qurması ilə bağlı yayılan xəbərlər ölkə mətbuatının gündəmini zəbt edib.
"Səni axtarıram” proqramında 16 yaşlı Müşgünazın qaynanası Zülfiyyə ilə əlaqə saxlanılaraq lentə alınan görüntülərin təfərrüatları öyrənilib. O sosial şəbəkələrdə yayılan videonun sadəcə nişan mərasimi olduğunu bildirib:
"Görüntülər nişan mərasimindən çəkilib. Uşağı atırdılar. Mən onu xoşbəxt etməyim? Xahiş edirəm çəkiliş gəlsin qızın anasıgilə getsinlər.
Evləri uçuqdur. Anası qan xəstəsidir. Yaraların içində ölür. Qardaşı epilepsiya xəstəsidir. Evlərinin üstü yoxdur. Anası dedi ki, aparın balamı mən bu həyatdan rahat köçüm. Oğlumun 29 yaşı var. Qız da, oğlan da namaz qılır.