Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

1 449
Paylaş:
Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.

Paylaş:

Ən son xəbərlər