Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub.
Pravda.az-ın məlumatına görə, general Osmanov 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.
1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.