BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə XƏBƏRDARLIQ

ETSN-in Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

Pravda.az-ın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Bakıda və Abşeron yarımadasında bildirilib ki, iyulun 27-si axşam, 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

 

Azərbaycanın rayonlarında iyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

 

Dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqəli bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi arabir güclənəcək.

 

Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.

Tarix: 26 İyul 2021, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin