Azərbaycan millisinin daha altı idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Pravda.az-ın məlumatına görə, onlardan beşi mübarizəyə yarışın 4-cü günündə qoşulanlar, biri isə bir gün öncə start verən idmançıdır.
Bunlar cüdoçu Rüstəm Orucov, taekvondoçular Fəridə Əzizova ilə Milad Beiqi Harçeqani, triatlonçu Rostislav Pevtsov, qılıncoynadan Anna Başta və stend atıcısı Emin Cəfərovdur. Onlardan heç biri günü medalla tamamlaya bilməyib. Bununla da Olimpiadada çıxışı yekunlaşan təmsilçilərimizin sayı 16-ya çatıb.
Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
18. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finala yüksəlib