BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Guya deputat olmağı var-dövlət yığmaq üçün istədiyimi demişəm...”

“Seçkiqabağı təşviqat kampaniyam uğurla davam edir. Bundan narahat olanlar var”.

 

Bunu Pravda.az-a açıqlamasında 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindnə deputatlığa namizəd, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

T.Kərimli barəsində sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılanların həqiqətəuyğun olmadığını bildirib: “Guya haradasa demişəm ki, Ali Məhkəmənin sədri, o cümlədən deputat ona görə olmaq istəmişəm ki, özümə var-dövlət yığım. Bu ifadəni mənim adıma çıxmaq o qədər gülüncdür ki... Seçicilərlə görüşlərimdən birində çəkilən videonu kəsərək yayıblar. Bu, məni çox təəssüfləndirdi. Ən qatı düşmənlərim də bilirlər ki, Ali Məhkəmənin sədri olarkən maddiyyatı düşünməmişəm. İndi də deputat kimi eləyəm. Bəlkə də yeganə deputatam ki, maaşımızın artırılmasının əleyhinə olmuşam. Düşünmüşəm ki, sadə vətəndaşların əməkhaqqı artırılarsa, daha yaxşı olar. İddia edirlər ki, deputatı olduğum rayonun kəndlərinin birində icra nümayəndəsi qardaşını digər namizədin təbliğatını apardığı üçün döyüb. Səbəb də göstərilir ki, guya mənə inzibati resursla dəstək verirlər. Heç bir inzibati resursa etiyacım yoxdur. Namizəd olduğum 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində elə namizədlər var ki, onları nəinki mən, heç yaşadığı ərazidə belə tanımırlar. Belə namizəd nə problem yarada bilər ki? İnanın, digər namizədlərin hansı yollara əl atdığına fikir vermirəm. Bəzi namizədlər Seçki Məcəlləsinə zidd olaraq xeyriyyəçiliklə məşğuldur, yol çəkdirirlər, pul paylayırlar. Amma mən bunu aktuallaşdırmıram, çünki onların hərəkətlərinə müvafiq strukturlar nəzarət etməlidir. Bu cür namizədlərlə hansı ciddi mübarizədən söhbət gedə bilər. İnanmıram ki, onlar hansısa məntəqədə çox səs toplasın. Yalanı da uyduranda, bir az düşünmək lazımdır. Barəmdə yazılanlar şər-böhtandan başqa bir şey deyil”.

Tarix: 30 Yanvar 2020, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin