Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib.
Pravda.az xəbər verir ki, bu məlumatı “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda baş tutan görüşün yekunları barədə məlumat verərkən açıqlayıb.
Qeyd olunur ki, xidmət Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb.
“Rusiya tərəfi xəbərdarlıq edir ki, gələcəkdə ölkəyə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək”, - deyə məlumatda vurğulanıb.