Avtomobilin arxa şüşəsində yazı olan sürücülərin hərəkəti dayandırılacaq.
Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev deyib. Onun sözlərinə görə, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud foto vurma halları müşahidə olunur. Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.