Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK Fatma Yıldırıma xəbərdarlıq etdi - Seçki Məcəlləsinə zidd addım atıb

2 365
Paylaş:
MSK Fatma Yıldırıma xəbərdarlıq etdi -   Seçki Məcəlləsinə zidd addım atıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edilib.

Pravda.az-ın xəbərinə görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

Paylaş:

Ən son xəbərlər