Son günlər yoluxma sayının kəskin artması növbəti həyəcan siqnalıdır. Yoluxma sayının artması ilə yanaşı, həmçinin dünən koronovirusdan 8 nəfər dünyasını dəyişib.
Həkimlər yoluxmanın artığı bu günlərdə həyəcan təbili çalır.
2 saylı Şəhər Poliklinikasının terapevti Mətanət Şirinova bildirir ki, insanlar xüsusilə bu günlərdə vaksinasiya prosesinə məsuliyyətli yanaşmalıdır. Birmənalı olaraq virusdan qorunmaq üçün vaksin vurdurmalıdır. Əks halda yoluxma zamanı risklər arta bilər.