Bugündən ölkəmizdə koronavirusa qarşı peyvənd oluna bilməyən şəxslərə sənəd veriləcək. "Əks göstəriş sertifikat"ını müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslər əldə edə biləcəklər.
Pravda.az-ın məlumatına görə, sertifikat yalnız peyvəndlərə qarşı əks göstərişi olan vətəndaşlar üçün nəzərdə tutulub.
İnfeksionist İlham Bayramov deyir ki, koronavirus əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Onun sözlərinə görə, güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək tövsiyə olunur.