BURADA REKLAMINIZ OLA
BİLƏR

Paris olimpiadasının təşkilinə ayrılacaq vəsait bəlli oldu

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə təxminən 7,1 milyard avro xərclənəcək.

Pravda.az xəbər verir ki, bu məbləğ köhnə idman obyektlərinin yaxşılaşdırılması və yenilərin tikintisi üçün nəzərdə tutulub.

Səlahiyyətli nümayəndələr 2016-cı ildə təqdim etdikləri planda məbləği 6,5 milyard avro göstəriblər. Müşahidəçilər rəqəmin arta biləcəyini istisna etmir.

Xərclərin müəyyən hissəsi özəl investisiyalar hesabına qarşılanacaq. Bunun 1,2 milyardı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ödəniləcək.

Paris Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.


Tarix: 9 Avqust 2021, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin