BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibb Universitetinin fasadına 1 milyon manata yaxın vəsait sərf olunacaq

Azərbaycan Tibb Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, tender müsabiqəsinin qalibi "Nicat-BB" MMC olub. Müsabiqənin şərtinə görə "Nicat-BB" MMC Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasının fasadını təmir edəcək.

 

Göstərilən xidmətin qarşılığında Azərbaycan Tibb Universiteti "Nicat-BB" MMC-yə 749 min 508 manat 46 qəpik vəsait ödəyəcək.

 

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan "Nicat-BB" MMC 15.01.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hətəmov Zəfər Murtuz oğludur. Açıq internet resurslarda barəsində heç bir məlumat olmayan "Nicat-BB" MMC daha əvvəl yalnız Azərbaycan Tibb Universitetinin keçirdiyi tender müsabiqələrinin qalibi olub. "Nicat-BB" MMC 2017-ci ildə Tibb Universitetindən 27 min 127 manat, 2018-ci ildə 826 min 559 manat, 2019-ciu ildə isə 61 min 183 manatlıq tender udub.

 

Onu da bildirək ki, "Nicat-BB" MMC-nin qanuni təmsilçisi olan Hətəmov Zəfər Murtuz oğlunun adı daha əvvəl "Nicat-HB" MMC adlı şirkətin Texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində keçir.Yeniavaz.com

Tarix: 31 Yanvar 2020, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin