Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Rauf Arifoğlu: "Rəqibim deyir, icra başçısı mənə işləyir…"

1 271
Paylaş:
Rauf Arifoğlu: "Rəqibim deyir, icra başçısı mənə işləyir…"

"Mən seçici uğrunda gecə -gündüz küçələri, məhlələri dolaşıram. 150 könüllüm gecə -gündüz arı kimi çalışır! Təbliğat - təşviqat qruplarım 10 min mənzildə seçici ilə birəbir söhbət aparıb. Və proses davam edir, davam edəcək! Rəqibim də deyir, icra başçısı mənə işləyir. Guya şərləyir! Tərəfdarlarının ÜMİDini qırdı! Allah razı olsun!".

Pravda.az-ın xəbərinə görə, bunu 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu deyib.

"Bir yandan Milli Şuranın yaydığı məlum siyahı, bir yandan da özünün bu cür səbatsız açıqlamaları. Nəymiş, qəzetim ("Yeni Müsavat" qəzeti) yazan kimi, icra başçısı dərhal problemi həll edirmiş. Bu da mənim reytinqimi qaldırırmış. Başqa şərlər də var. Olacaq. Adam məğlubiyyətinin ideologiyasını hazırlayır. Guya özünə qalsa, məni udardı, Başçı qoymur. Gərək gedim, icra başçısı ilə tanış olum, ona təşəkkür edim. Mən onsuz da 5 il bu rayonun deputatıyam. Başçı da təzədi. Hələ birlikdə çox çalışacağıq" - R.Arifoğlu qeyd edib.

Paylaş:

Ən son xəbərlər