Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Pravda.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.