Türkiyənin Mersin əyalətində yaşayan 56 yaşlı azərbaycanlı pianoçu Mehriban Məmmədova yüzlərlə evsiz heyvana məhəbbətlə qayğı göstərir.
Onun evinin yanında abadlaşdırılmış 3 hektar ərazidə 200-ə yaxın evsiz pişik və it yaşayır.
Qadın Azərbaycandan Türkiyəyə 2000-ci ildə köçüb və dərhal Mezitli rayonunun Çankaya məhəlləsindəki evinin yaxınlığında evsiz heyvanlara qayğı üçün ərazini abadlaşdırıb. Lakin qonşuların narazılığı səbəbindən pianoçu 2016-cı ildə başqa evə köçməli olub. Mehriban yeni evinin ərazisində itlər və pişiklər üçün yuvalar yerləşdirib, oyun pilləkənləri quraşdırıb və canlıların çimməsi üçün avtomobil şinlərindən hovuzlar tikib.